Gələn il Ay tutulmalarının vaxtı açıqlandı
Bizi izləyin

Maraq dünyası

Gələn il Ay tutulmalarının vaxtı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi asına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Ay tutulmalarının vaxtını açıqlayıb.

Publika.az xəbər verir ki, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, növbəti il 2 Ay tutulması hadisəsi baş verəcək.

İlk Ay tutulması yanvarın 21-də yerli vaxtla saat 07:34-də başlayacaq və 09:43-də başa çatacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək və Azərbaycanda müşahidə olunmayacaq.

Gələn il sonuncu Ay tutulması iyulun 17-də Bakı vaxtı ilə saat 00:03 - 02:59-da baş verəcək və tutulma yenə ölkəmizdə müşahidə edilə bilməyəcək.

X.Mikayılov bildirib ki, bu tutulmalar mərkəzi tutulmalar adlanır. Yəni tutulma Yerin ekvatorial zonasında baş verəcək, Ay kölgənin mərkəzindən keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm