• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Çörəyini daşdan çıxaran Mahmud usta - VİDEO

Çörəyini daşdan çıxaran Mahmud usta - VİDEO

Çayın kənarında əvvəlcə gəzib lazım olan daşları tapır, sonra onları istifadəyə hazır hala gətirir.

Publika.az bildirir ki, Şəki rayonunun Kiş kənd sakini Mahmud Şirinov sözün əsl mənasında çörəyini daşdan çıxarır. O, Azərbaycanda ən qədim sənət növlərindən sayılan daşçılıqla məşğul olur. Tapdığı daşları əvvəlcə cəkiclərlə parçalayır, sonra isə kəsirək lazımi formalara salır. O, bu peşədə ən cətini daşları yaxşı tanımaq olduğunu deyir.

Mahmud Şirinov, cürbəcür - 2-3 sm. qalınlığında divar üzlük, 5-6 sm. hündürlüyü olan döşənək, metlax daşları yonur. Daşların əldə olunması da asan olmur.

Onun kəsdiyi daşları istifadə edən ustalar da işin çətinliyindən danışır.

Mahmud Şirinov deyir ki, bu işə coxlu fiziki güc tələb edildiyindən və daş qırıntıları təhlükəli olduğundan bu sahə ilə maraqlananlar xeyli azalıb. /xezerxeber.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR