Maraq dünyası
Dünyanın ən DƏHŞƏTLİ ADASI: 7500 nəfərin yaşadığı məkanın İNANILMAZ ÜZÜ
Yunanıstanın Lesbon adasında 7 min nəfərin qaldığı Moria Qaçqın düşərgəsi ölüm düşərgəsinə çevrilib.
Publika.az xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatının sahə koordinatoru Luca Fontana bu düşərgənin xüsusən uşaqları intihara sövq etdiyini deyib.
“Bura həyatımda gördüyüm ən pis düşərgədir. Komandamız 6-18 yaş arası uşaqlar arasında zehni sağlamlıq testi aparıb. Məlum olub ki, uşaqların ¼-i özünə zərər verir və intiharı düşünür. Onlardan 78-i intihara təşəbbüs edib. Bu düşərgənin tezliklə bağlanması mütləqdir", - deyə o bildirib.
L.Fontana onu da vurğulayıb ki, düşərgədə heç bir xidmət sahəsi normal deyil: “Burada 2 mindən çox uşaq var, amma heç biri təhsil almır. Düşərgədə kifayət qədər məktəb, həkim, xidmət və mühafizə yoxdur. Hər şey qarışıq və yarımçıqdır. Çətin vəziyyətdə yaşadıqlarına görə valideynlər uşaqları ilə məşğul ola bilmir. Dul qadınlar üçün vəziyyət daha çətindir. Bəzən uşaqlara verməyə yemək tapmırlar”.
Onun sözlərinə görə, 3 min nəfərlik düşərgədə 7500-dən çox insan yaşayır.
“İnsanlar adi ehtiyaclarına görə saatlarla növbə gözləyir, buna görə dalaşırlar. Bir tualet üçün 70 nəfər birdən gözləyir, 1 duş qəbul etmək üçün bəzən 100 nəfər birdən növbədə olur. Qarşıdan soyuq qış gəlir, bu düşərgələr yay üçün nəzərdə tutulub. İnsanlar burada sağ qalmaq üçün mübarizə aparır”.
Gülxar
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar