MKİ Hitlerin seksual oriyentasiyasını AÇIQLADI: "Gənc oğlanlarla..."
Bizi izləyin

Maraq dünyası

MKİ Hitlerin seksual oriyentasiyasını AÇIQLADI: "Gənc oğlanlarla..."

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Nasist Almaniyasının lideri Adolf Hitlerin seksual oriyentasiyası haqqında məruzəni məxfilikdən çıxarıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məruzəyə görə, Hitler biseksual idi, həmçinin sado-mazoxist meyllərinə malik idi.

1943-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt üçün hazırlanmış və bu günlərdə məxfilikdən çıxarılmış MKİ-nin məruzəsində deyilir ki, gələcək fürer gənclikdə - 1910-cu ildən 1913-ci ilə qədər Vyanada kişi yataqxanasında yaşayırdı. Buraya yaşlı cənablar gənc gözəl oğlanlarla seksual arzularının təmin olunması üçün gəlirdilər. MKİ-nin sənədlərinə görə, Hitler ola bilər ki, öz köməkçisi Rudolf Hesslə eşq əlaqəsinə malik idi.

Bununla belə məruzədə vurğulanır ki, Hitlerdə həyatı boyunca ikiqat seksual oriyentasiya birləşirdi.

“Onun seksual həyatı siyasi baxışları kimi ikiqatdır. O, eyni zamanda, homoseksual və heteroseksual, sosialist və qatı nasist, kişi və qadındır”, - məruzədə deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm