2400 il yaşı olan gəmi tapıldı
Bizi izləyin

Maraq dünyası

2400 il yaşı olan gəmi tapıldı

Britaniya alimləri Qara dənizin dibində 2400 il yaşı olan ən qədim zədələnməmiş gəmi aşkar ediblər.

Publika.az xəbər verir ki, uzunluğu 23 metr olan qədim yunan ticarət gəmisi Bolqarıstan sahilindən təqribən 80 kilometr aralıda sualtı cihaz vasitəsilə tapılıb. Gəminin gövdəsi, sükanı, avarçəkənlərin yerləri, ümumiyyətlə, gəminin özü çox yaxşı vəziyyətdə qalıb. Alimlərin fikrincə, buna səbəb Qara dənizdə 200 metr dərinlikdən sonra demək olar ki, oksigenin olmamasıdır.

Qeyd edək ki, Qara dənizdə alimlər tərəfindən son üç ildə 67 qədim gəmi aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm