Məşhur milyarder səhnəyə iyrənc vəziyyətdə çıxdı... - UNİKAL KƏŞF
Bizi izləyin

Maraq dünyası

Məşhur milyarder səhnəyə iyrənc vəziyyətdə çıxdı... - UNİKAL KƏŞF

Amerikalı milyarder və “Maykrasoft” şirkətinin qurucusu Bill Qeyts Çinin paytaxtı Pekində təəccüb doğuran çıxış edib.

Publika.az xəbər verir ki, milyarder yeni tualet texnologiyalarının təqdim edildiyi “Yenidən kəşf edilən tualet” sərgisindəki çıxışına əlində bir qab insan nəcisi ilə çıxıb.

B.Qeyts 10 il öncə insan nəcisi haqqında bu qədər çox bilmədiyini etiraf edib. O, əlindəki qabda 200 trilyon rotavirus hücreyrəsi, 20 milyard “Şigella” bakteriyası və 100 000 parazit qurd yumurtası olduğunu deyib.

Qeyd edək ki, “Bill & Melinda Qeyts Vəqfi”nin son 7 ildə tualet texnologiyalarının araşdırılmasına ən az 200 milyon dollar xərclədiyi bildirilir.

Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada 2,3 milyard insan tualetsiz yaşayır. Buna görə də hər il dizenteriya, difteriya və vəba kimi yüzminlərlə insanın ölümünə yol açan epidemiyalar yayılmaqdadır.

Bill Qeytsin rəhbərliyindəki vəqf çirkli suların içilə bilməsini təmin edən avadanlıqların istehsalı layihəsinə də sahibdir. “Yanicki” adlı avadanlıq tullantı sularını içməli su, elektrik və gübrə olaraq istifadə edilən steril külə çevirir. Sistem “Yanicki” operatorunun təyin etdiyi məbləğ qarşılığında tullantını pulla aldıqdan sonra xərclənən maliyyənin şəbəkəyə elektrik sataraq qarşılanması vasitəsilə geri qaytarılmasını təmin edəcəkdi. Bill Qeyts 2015-ci ildə istehsalına başlamaq istədiyi bu avadanlığın təqdimat mərasimində tullantıdan təmizlənən bir bardaq suyu içmiş və bu hadisə bütün dünyada əks-səda doğurmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm