Dünya şöhrətli aktyorun İNANILMAZ VƏSİYYƏTİ: itlərin qəbiristanlığında dəfn ediləcək və...
Bizi izləyin

Maraq dünyası

Dünya şöhrətli aktyorun İNANILMAZ VƏSİYYƏTİ: itlərin qəbiristanlığında dəfn ediləcək və...

Dünya şöhrətli aktyor Alen Delon itlər qəbristanlığında dəfn olunmağı vəsiyyət edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, artıq neçə ildir ki, filmlərdə rol almayan 82 yaşlı Alen Delon İsveçrədə, öz malikanəsində sakit pensiyaçı həyatı yaşayır. Aktyor fəaliyyətinin 60 illiyi münasibəti ilə “Paris Match” jurnalına verdiyi müsahibədə etiraf edib ki, müasir dünyada gedən proseslər onu məyus edir və o, bu dünyanı təəssüf etmədən tərk edəcək.

"Bu gün hamı saxtadır, hər kəsi yalnız pul maraqlandırır. Heç kim verdiyi vədləri yerinə yetirmir, hər gün yeni cinayətlər haqqında onlarla xəbərlər yazılır. Odur ki, bu dünyanı təəssüf hissi olmadan tərk edəcəyəm", - deyə aktyor bildirib.

Delonun sözlərinə görə, onun ən sadiq dostu ikiyaşlı itidir, o, iti ilə eyni gündə dəfn edilməyi arzuladığını gizlətməyib. Onunla malikanədə səkkiz it, dovşan və bir pəncəsi olmayan pişik yaşayır.

Yeri gəlmişkən, pişiyi heyvanlara böyük məhəbbət bəsləyən aktyor xilas edib. O, ölmək üzrə olan pişiyi baytara aparmaq üçün xüsusi vertolyot çağırtdırıb. Pişiyin pəncəsini xilas etmək mümkün olmayıb, əvəzində həmin pişik indi İsanın qoltuğunda, daha doğrusu Delonun malikanəsində yaşayır.

Aktyor həmçinin bədbəxt hadisə nəticəsində bütün pəncələrini itirən dovşana qulluq edir. Amma ən əsas diqqətəlayiq məqam Alen Delonun vaxtı ilə onunla yaşayan itlərə xüsusi qəbiristanlıq ayırmasıdır. Qırx beş itin məzarının yer aldığı qəbiristanlıqda bu heyvanlar üçün heykəl də qoyulub. Malikanə sahibinin özü də məhz bu qəbiristanlıqda dəfn edilə bilər. Bu, onun öz vəsiyyətidir.

“İtlərlə böyümüşəm, həyatımın böyük hissəsi onlarla birlikdə keçib. İlk itimin adı Qala idi. Bir dəfə mən onun üstünə qışqırdım, hətta vurdum. O, oturub gözlərimin içinə baxaraq insan kimi ağlamağa başladı. O vaxtdan bəri hər şeyi başa düşdüm, indi itlərim çox xoşbəxtdir. Çünki onlara həmişə icazə verirəm ki, yaramazlıq etsin”, - deyə Alen etiraf edib.

Yeri gəlmişkən, insanların qəddarlığından və zülmündən əziyyət çəkən heyvanların vəkili olması təklifi ilə ilk dəfə Alen Delon çıxış edib. O, bu problemi Mambo ləqəbli itin 2009-cu ilin avqustunda iki oğlan tərəfindən işgəncələrə məruz qalması nəticəsində qaldırıb. Buna baxmayaraq, sadəlövh it ehtiyatla onlara yaxınlaşaraq ayaqlarını sığallamağa başlayıb...

Aktyor hadisə ilə bağlı məhkəmə prosesində fikrilərini belə ifa etmişdi:

"Təsəvvür edin ki, zalımlar əylənmək üçün onun üstünə benzin tökərək yandırıb. Mən onu qətlə yetirənləri düşünmədən öldürərədim. Hətta heyvanlar da bir-birinə əyləncə üçün deyil, yalnız yemək üstündə hücum edir".

Heyvanların xüsusi vəkillər olmalıdır şüarını hər dəfə dilə gətirən Alen müsahibəsində yeni təşəbbüslə çıxış edib. Aktyorun dərin qənaətinə əsasən əgər quldur və qatillər müdafiəçinin pulsuz xidmətlərindən istifadə edə bilirsə, niyə də özünü müdafiə etmək gücündə olmayan heyvanların hüquqlarını qoruyan vəkil olmasın?

Aktyorun itlərlə fotolarını təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm