Bəxt 15 yaşlı oğlanın üzünə güldü - Lotereyada 200 min avro uddu - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Bəxt 15 yaşlı oğlanın üzünə güldü - Lotereyada 200 min avro uddu - FOTO/VİDEO

İspaniyada ənənəvi lotereya oyununun qalibi 10 il əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.

"Report" xəbər verir ki, bu barədə TASS, "El Pais" qəzetinə istinadən bildirib.

Yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl alıb. "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilsin, yeni mobil telefon alım və ya pulu kiçik mənzilə yatırım", - deyə o etiraf edib.

Hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Onun keçirilməsi tarixi ölkədə qeyd edilən Xaçı suyuna salınma bayramı ilə üst-üstə düşür.

Daha əvvəl Kanada sakini "Milad" cek-potunda 44 milyon dollar qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm