• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Bu görüntülərə görə universitetdən qovuldu: sevgilisinin qucağında… - VİDEO

Bu görüntülərə görə universitetdən qovuldu: sevgilisinin qucağında… - VİDEO

Qahirədə Əl-Əzhər Universitetinin (İslam dünyasının ən qədim Universitetlərindən biri –red.) tələbəsini sevgilisi tərəfindən qucaqlandığı üçün ali təhsil ocağından uzaqlaşdırıblar.

Publika.az xəbər verir ki, bu haqda “Ahram” nəşri yazıb.

Nəşrin məlumatına görə, qalmaqal görüntülərin sosial şəbəkələrdə çıxmasından sonra baş verib. Bildirilir ki, videoçarx qızın sevgilisinin oxuduğu təhsil müəssisəsinin – Əl-Mənsur Universitetinin ərazisində çəkilib. Kadrlardan görünür ki, cavan oğlan diz üztə oturaraq qıza üzük və sonra sevgilini qucağına götürərək onu fırlatmağa başlayır.

Əl-Əzhər Universitetinin rəhbərliyindən bildiriblər ki, qızı müəyyən edilmiş qaydalara əsasən çıxarıblar.

“Heç bir qərar təsadüfən qəbul edilmir, hər şey universitetin qanunvericiliyinə uyğundur. Əl-Əzhərin tələbəsi cəmiyyətin və universitetin dəyərlərinə hörmətsizlik göstərdi”, - ali məktəbin mətbuat xidmətindən bildiriblər.

Universitetdən əlavə etdilər ki, qız ən yüksək intizam komissiyasında qərardan şikayət etmək hüququna malikdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR