Maraq dünyası
Dünyada ən çox foto çəkilən YERLƏR
"Huawei" şirkətinin mütəxəssisləri tədqiqatların gedişatında bütün dünyada turistlərin fotoları üçün ən məşhur yerləri aydınlaşdırıblar.
Bu barədə "Report" "Turizm"ə istinadən bildirir.
Ekspertlər sosial şəbəkələrdə 1,3 milyon fotonu təhlil edərək aydınlaşdırıblar ki, siyahıda birinci yerdə Kolombo şəhəri qərarlaşıb. Səyahətçilər ən çox Şri-Lankanın bu şəhərində foto çəkdirirlər. Ölkənin ən böyük şəhəri öz arxitekturasının görməli yerləri ilə məşhurdur.
Siyahıda Kolombodan sonra Yaponiyanın İokohama və Uqandanın qorillalarla dolu Milli Parkının yerləşdiyi Mqaxinqa şəhərləri qərarlaşıb. İlk beşliyi Almaniyada Baden-Baden və Puerto-Rikoda Qoca San-Xuan əraziləri yekunlaşdırır.
İlk onluğa həmçinin Zimbabvedəki Viktoriya şəlaləsi, Pakistanda Kartarpur regionu, İordaniyada həmçinin "Ay vadisi" kimi məşhur olan Vadi-Ram səhrası və Alyaskadakı Buzlu Boğaz burnu, Şotlandiyada landşaftını əsasən dağlar, qumlu çimərliklər, göllər və qoruqlar təşkil edən Harris adası daxildir.
Daha əvvəl bildirilib ki, Yaponiyanın bütün ərazisində xarici turistlərin ölkədən getməsinə görə 1000 ien və ya təxminən 9 dollar məbləğində yeni vergi tətbiq olunacaq.
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar