Bunu deməyə çəkinməyin, sonra çox gec olacaq...
Bizi izləyin

Maraq dünyası

Bunu deməyə çəkinməyin, sonra çox gec olacaq...

Sevgi dünyanı, insanlığı yaşadan, kişi ilə qadını, övlad ilə valideyni, yaşamaqla insanı bir-birinə bağlayan yeganə bağdır desək, yanılmarıq.

Bu məqaləmizdə sevginin elmdə sübut olunmuş faydalarını bölüşəcəyik.

Oksitosin, dopamin, seratonin, endorfin, adrenalin… Eşq iksiri adlandırılan bu hormonların beyində ifrazından sonra yaranan eşq ən əsas təsirini ürək üzərində göstərir. Sinədə yaranan sıxıntı və həyəcan hissi, çırpıntı, ürəyin nizamsız atışları, anlamı olmayan narahatlıq halı eşqin bədəni ələ keçirdiyindən xəbər verir. Lakin bu duyğular bilinənin əksinə, ürəyə yaxşı gəlir. Eşq ürək infarktı riskini azaldır, ürəyin ömrünü uzadır. Bu fakt elmi baxımdan da təsdiq edilib.

Təzyiq problemini aradan qaldırır

Səhv oxumadınız! Eşq və sevgi təzyiqi normallaşdırır. Elmi araşdırmalar sayəsində üzə çıxıb ki, qucaqlaşmadan sonra 10 dəqiqə sevgi ilə danışmaq, söhbət etmək təzyiqi normallaşdırır. Bu təsirin təməlində oksitosin hormonu dayanır. Təzyiqi normallaşdıran digər təsirlər isə stressin azalması, yuxu keyfiyyətinin artması, şəxsi gigiyena və düzgün qidalanmadır.

Xolesterolun səviyyəsini aşağı salır

Qulağa qəribə səslənə bilər, amma sevgi xolesterol səviyyəsini də yaxşılaşdırır. Xoşbəxt cütlüklər stressdən uzaq qalmaqla yanaşı, xolesetrolun artması problemindən də qurtulurlar. Xoşbəxt insanların qida rasionunun daha sağlam olması xolesterolun səviyyəsinə təsir edir. Mütəmadi idman edən cütlüklər təkbaşına idman edənlərlə müqayisədə daha uzun müddət öz vərdişlərindən əl çəkmirlər.

Ömrü uzadır

Xoşbəxt münasibət yaşayan cütlüklər digər insanlarla müqayisədə daha uzun yaşayırlar. Tək yaşayan insanlarda depressiya və sağlam olmayan qida rasionuna meyillilik daha çoxdur. Siqaret və spirtli içki kimi zərərli vərdişlərə meyil göstərmək daha asandır. Elmi araşdırmalar tək yaşayan qadınların 2 il, kişilərin 6 il ömürlərinin qısaldığını sübut edib.

Xoşbəxtlik verir

Aşiq olanda beyində ifraz olunan dopamin, endorfin ve seratonin kimi hormonlar insana xoşbəxtlik verir. Sanki bir antidepressant təsiri yaradır və ürək damarlarını stressin təsirindən qoruyur. Eşq deyiləndə sadəcə iki insanın bir-birinə bəslədiyi duyğulardan söhbət getmir. İnsana hüzur verən ailə sevgisi, heyvana, təbiətə aşiq olmaq, dini inanclar da bu cərgəyə daxildir. Yəni eşq insana dərd olmamalı, əksinə, insanın həyatına fayda qatmalıdır.

Ürək infarktı riskini azaldır

Eşq uzun müddətli olaraq ürək infarktı riskini azaldır. Xoşbəxt və rahat münasibət yaşayanlarda yuxu keyfiyyəti artır, buna görə də infarkt riski aşağı enir. Stressin zəhəri olan eşq sayəsində bədəndə stress hormonu azalır, şəkər və xolesterolun səviyyəsi normallaşır.

İmmun sistemini qüvvətləndirir

Eşq iksirinin ən əhəmiyyəli parçası olan oksitosin qan dövranını yaxşılaşdırır, bədənin immun sistemi güclənir. Damarlardakı iltihabi vəziyyət azalır.

Təkcə bu gün və bir gün yox, bacardığınız qədər sevgi ilə qalmağa çalışın. Sevginizi dilə gətirməkdən, hiss etdirməkdən utanmayın. Elə sadəcə bu saniyə şansınız olduğunu düşünün və ona, onlara “Səni sevirəm” deməkdən utanmayın. Sonra çox gec olacaq!

Sevgi ilə qalın...

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm