Məhbuslar 1 yaşlı uşağı ölümdən xilas etdi - VİDEO
Bizi izləyin

Maraq dünyası

Məhbuslar 1 yaşlı uşağı ölümdən xilas etdi - VİDEO

Amerikalı qadın feysbuk (facebook) hesabında həyəcan dolu video paylaşıb. Videodan da aydın görünür ki, qadının həyat yoldaşı avtomobilin qapısını bağlayıb, sonradan açarı içəridə unutduğunu xatırlayıb. Hadisənin ən qorxulu tərəfi odur ki, cütlüyün körpə qızı maşında qalıb.

Publika.az xəbər verir ki, hadisə 4 gün öncə Florida ştatında baş verib. Polisin nəzarəti altında ictimai yollarda icbari işləyən beş məhbus avtomobil ətrafında toplaşan insanları görüb dərhal yaxınlaşır və yardım etməyə çalışırlar. 1 yaşlı körpəsinin 30 dərəcə gün istisi altında maşında bağlı qaldığına görə özünü günhakar hiss edən ata isə həyəcandan nə edəcəyini bilmir.

Polis işçiləri vaxtında yetişən məhbusların yardım etmək istəklərini nəzərə alır və onlara bu şəraiti yaradırlar. Polis işçisi Kris Nokko daha sonra verdiyi müsahibədə bu sözləri deyir: "Bəli onlar həyatda yanlış addım atıblar, amma doğru yola qayıtmaq istəkləri alqışa layiqdir. Məhbuslar da bizim kimi xüsusi bacarığa malik insanlardır".

Ən maraqlısı odur ki, məhbuslar metal cihazın köməyi ilə cəmi bir neçə dəqiqə ərzində maşının qapısı açmağa nail olublar. Qapını qırıb, körpəni xilas edirlər. Hadisə anbaan şahidlərin biri tərəfindən lentə alınıb.

Video ərzində polis işçiləri ataya körpəsinin gözü önündə durmağı tapşırırlar ki, o yad qurtarıcılarını görüb qorxmasın. Amma ağıllı qızcığaz əməliyyatın sonunadək sakit gözləyir. Sonda isə “Afərin, dostlar” sözlərini eşidilir.

Bir neçə gün sonra valideynlər körpə qızlarının fotolarını sosial hesablarında paylaşaraq, onun özünü çox yaxşı hiss etdiyini bildiriblər.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm