55 yaşlı qadın qızı üçün nəvəsini doğdu – FOTO
Bizi izləyin

Maraq dünyası

55 yaşlı qadın qızı üçün nəvəsini doğdu – FOTO

55 yaşlı britaniyalı qadın Emma Mayls qızı üçün süni mayalanma yolu ilə uşaq dünyaya gətirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir k, Treysi Smit 15 yaşına qədər menstruasiya olmadığı üçün həkimə gedib. Yumurtalıqları olmasına baxmayaraq, gənc qadına uşaqlığının olmadığı söylənib. Bu da o deməkdir ki, Treysi heş vaxt uşaq sahibi ola bilməyəcək. Uzun illər sonra Treysinin anası doğuşdan uşaqlığı olmayan qızı üçün surroqat analıq edib.

Britaniyanın Koventri şəhərində yaşayan 55 yaşlı Emma Mayls qızı üçün 3.4 kq çəkidə qız uşağı dünyaya gətirərək nəvəsini doğan nənələr siyahısına daxil olub.

Yaşadıqlarını mətbuata danışan nənə bildirib ki, qızı ana olmayacağı üçün çox həyəcan keçirib:

“Bir gün ona surroqat ana olaraq yardım edə biləcəyimi dedim. Yaşıma baxmayaraq qızım üçün bunu etməyə razı oldum".

İşinə qayıtdığını və səhhətinin yaxşı olduğunu bildirən Mayls qızı və kürəkəni daha bir uşaq istəsə, onlara yenidən surroqat analıq etməyə hazır olduğunu vurğulayıb.

Uşaqlığı olmadığını 15 yaşında öyrəndiyini bildirən Smit isə "O gün dünya başıma yıxıldı. Amma anam mənim üçün elə bir şey etdi ki, dünyam işıqlandı" deyərək duyğularını ifadə efib.

Qeyd edək ki, Treysi Smitə qoyulan diaqnoz anadangəlmə uşaqlıq və uşaqlıq yolunun müəyyən bir qisminin olmaması şəklində açıqlanır. Bu sindrom hər 5 min qadından birində rast gəlinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm