Alimlərdən cinsi əlaqə ilə bağlı ŞOK ARAŞDIRMA: Demə, bir gecəlik münasibət...
Bizi izləyin

Maraq dünyası

Alimlərdən cinsi əlaqə ilə bağlı ŞOK ARAŞDIRMA: Demə, bir gecəlik münasibət...

Nyu-York və Kornell universitetlərinin alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər ki, “bir gecəlik təsadüfi seks” sağlamlığa müsbət təsir göstərə bilər.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, tədqiqatda Amerika kolleclərinin 372 tələbəsi iştirak edib.

Onlar üç aylıq dövrdə xüsusi gündəlikdə bütün təsadüfi əlaqələrindən sonra bu əlaqələrin yaratdığı duyğularını mütləq qeyd etməli idilər. İntim əlaqələr hisslərlə bağlı olmayıb – nə oğlanlar, nə də qızlar tərəfdaşları barədə uzunmüddətli münasibətlər barədə düşünüb.

Nəticədə alimlər təsbit ediblər ki, təsadüfi cinsi əlaqə orqanizm üçün yaxşı psixoloji boşalmadır. Bu, stressdən, depressiyadan xilas olmağa və özünə hörmət hissini yüksəltməyə kömək edir. Mütəxəssislərin qiymətləndirməsinə görə, eksperimentdə iştirak edənlərin böyük əksəriyyəti xoşbəxtlik və məmnuniyyət hissini ən yüksək dərəcədə yaşayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm