• USD 1,7000 0,00% EUR 1,8907 +0,41%
    • GBP 2,1838 +0,22% RUB 0,0265 0,00%

Hitlerin ölümqabağı teleqramı satışa çıxarıldı - FOTO

Hitlerin ölümqabağı teleqramı satışa çıxarıldı - FOTO

Nasist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqramı ABŞ-da hərraca çıxarılıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə "İzvestiya.ru" məlumat yayıb.

Qeyd edilir ki, Hitler bu teleqramını general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist Almaniyasının başçısı teleqramda Berlində qalmaq istədiyini bildirib.

"Mən Almaniya üçün həlledici döyüşdə iştirak etmək və qalanlara nümunə olmaq üçün Berlində qalacağam", - Hitler yazıb.

Hərracda Hitlerin teleqramından başqa Şernerin cavabı da satışa çıxarılıb. Feldmarşal cavab məktubunda Hitlerdən mühasirəyə alınmış şəhəri tərk etməyi xahiş edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR