Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə
Bizi izləyin

Maraq dünyası

Beynində 25 şiş aşkarlandı, həkimlər 6 ay ömrünün qaldığını dedi - İnanılmaz nəticə

İngiltərədə Heidi Spence adlı qadının beynində 25 ədəd xərçəng şişi tapılıb. Həkimlər ona 6 ay ömrünün qaldığını deyib. Lakin qadın onlarla razılaşmayıb sağalmaq üçün yeni bir üsul tapıb.

Publika.az xəbər verir ki, qadının istifadə etdiyi üsul onun sağalmasına kömək edib.

Bir il əvvəl ayağında uyuşmalar olan qadın həkimə müraciət edib və müayinə zamanı beynində 25 şiş aşkarlanan qadın xəstəliyə tabe olmayıb.

Beyni ilə yanaşı ağciyərində, sümüklərində şiş aşkarlanan qadın onun üçün yararlı olacağını müəyyən etmək üçün xərçəng müalicə mərkəzlərinin birində bir test etdirib. Həmin testlə 45 yaşlı qadının 5 geninin mutasiyaya məruz qaldığı müəyyən edilib. Bunlardan ikisinin müalicəsi mümkün olub. Üç aylıq müalicədən sonra beynindəki şiş sağalıb, sümük və ağciyərindəki şiş isə kiçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm