Qorbaçovdan “Çernobl” etirafı
Bizi izləyin

Maraq dünyası

Qorbaçovdan “Çernobl” etirafı

SSRİ-nin son prezidenti Mixayıl Qorbaçov son günlər trend olan “Çernobl” dram filmini izləyəcəyini deyib.

Publika.az xəbər verir ki, ABŞ-ın HBO internet kanalı ilə Sky televiziya kanalının birgə ərsəyə gətirdiyi filmdə Çernobl nüvə fəalkətindən sonra baş verənlərlə yanaşı, Qorbaçovun da obrazı ərsəyə gətirilib.

Filmdə Qorbaçov obrazını isveçli aktyor Devid Densik canlandırıb.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdən 110 km məsafədə yerləşən Çernobl Nüvə Stansiyasında 26 aprel 1986-cı ildə bir sınaq əsnasında qəza baş vermiş və stansiyanın 4-cü blokunda partlayış olmuşdu. Partlayışdan sonra havaya yayılan nüvə buludu bölgə və dünyada milyonlarla insane mənfi təsir göstərmişdi. Faciədən sonra yayılan radiyasiya Ukraynanın 50 min kv m-lik ərazisini təsirinə salmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm