Vəhşi təcrübələrlə qazanılan şöhrət
Bizi izləyin

Maraq dünyası

Vəhşi təcrübələrlə qazanılan şöhrət

Dünyanı dəyişən dahilərdən biri də Tomas Edisondur. Onun elm dünyasına, bəşəriyyətə bəxş etdiyi dəyərli kəşflərin sayı hesabı yoxdur. Böyük alim ömrünün böyük hissəsini elektrik və onun çalışma yollarına həsr edib.

Publika.az xəbər verir ki, bütün dahilər kimi Edisonun da qaranlıq yönləri az olmayıb.

Elm aləmindən halı olmayanlar da bilir ki, Edisonla Tesla arasında Amerikanın elektrik bünövrəsinin idarəsi uğrunda "soyuq müharibə" heç vaxt isinməyib. Tomas durmadan iddia edirdi ki, onu ideyası daha təhlükəsiz və keyfiyyətlidir, Teslanın hazırladığı naqillər isə insan həyatı üçün faciə ilə nəticələnə bilər. Nəzəriyyəsini sübut etmək üçün isə qorxu içində olan kütlənin qarşısında fili elektrik enerjisi ilə öldürür. Bu dahi alimin heyvanlar üzərində apardığı ilk vəhşi təcrübəsi deyildi.

İllər boyu Edisonun acı tərcübələrinin qurbanları it və pişiklər olmuşdu. Qəribədir ki, Edison elektrik enerjisi ilə öldürdüyü heyvanlarla ixtirasını daha da mükəmməlləşdirir və dünya şöhrəti qazanır. Demək ki, şöhrət mütləq şəkildə qurban tələb edir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm