Bu meşəyə girən heç kəs SAĞ ÇIXMIR: İnsanı dəhşətə gətirən FAKTLAR/FOTO
Bizi izləyin

Maraq dünyası

Bu meşəyə girən heç kəs SAĞ ÇIXMIR: İnsanı dəhşətə gətirən FAKTLAR/FOTO

Yaponiyanın məşhur Fuci dağının yaxınlığında yerləşən Aokiqahara meşəsi qorxu filmllərinin mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, bu meşədə hər il, təxminən, 100 insan intihar edir.

Aokiqahara meşəsi uzaqdan baxarkən yaşıl rəngin hər tonuna sahib təbiət möcüzəsi kimi görünür. Lakin bu meşənin ağacları, ədəbi dildə desək, insan qanı ilə qidalanır.

Yerli və xarici turistlər bu meşəyə Fuci dağını müxtəlif aspektlərdən görmək, dağın fotolarını çəkmək və yollarda təbiətin içində gəzmək üçün gəlir. Buraya səyahət edənlər insan üçün müəyyən edilən istiqamətlərdən kənara çıxmamağı bilirlər. Çünki inanılmaz dərəcədə sıx olan bitki örtüyü itərkən yolu tapmağı və ya səsin yayılmasını əngəlləyir.

Bu istiqamətdən bilərək çıxan və meşənin dərinliklərinə gedənlər də var. Onlara müəyyən edilən istiqamətdən çıxmaq cəsarətini verən şey isə meşəyə, onsuz da, intihar etmək üçün getmələridir.

Yaponiya tarixində mistik bir yer olan və ölü ruhlarla tanınan Aokiqahara yazıçı Seyço Matsumotonun iki obrazının intihar etdiyi romanı “Kuroi Kaiju”dan sonra bir intihar mərkəzinə çevrilib.

Aokiqaharanın girişinə gələndə rastınıza çıxan, son dəfə bu meşəyə doğru hərəkət etmək üçün istifadə edilmiş və sahibsiz qalan maşınlar ortamın necə bir yer olduğu haqqında təəssüratı olduqca təmiz şəkildə canlandırır.

Meşəyə daxil olanda “ocaq qalamayın, zibil atmayın” kimi xəbərdarlıqlar yerinə “intihar etməyin, həyat sizə verilmiş hədiyyədir, ailənizi və dostlarınızı düşünün” kimi yazı lövhələri ilə rastlaşa bilərsiniz.

Meşənin dərinliklərinə enəndə əvvəlcə ağaclarda cəmiyyətə və ya geridə buraxılan insanlara üsyan məqsədilə yazılmış mesajlar və vida notları görünür.

Sonra isə əksəriyyəti özünü ağacdan asan və yüksək miqdarda dərman qəbul edərək özünü öldürən insanların cəsədi…

Hətta bəzi insanlar qərarları haqqında ətraflı düşünmək üçün bir neçə gün meşədə qalaraq düşərgə də qurublar. Sıx örtüyünə görə gündüz vaxtı belə qapqaranlıq olan meşədə hər axtarışda ən az bir cəsəd tapılır.

İldən-il artması səbəbilə Yaponiya bu meşədəki intiharların sayını rəsmi şəkildə açıqlamır. Ehtimala görə, bu rəqəm 50-100 arasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm