• USD 1,7000 0,00% EUR 1,9069 -0,38%
    • GBP 2,1256 -0,28% RUB 0,0270 -0,37%

UNESCO Bakıdan yazdı: "Fars, osmanlı, ərəb və rus..." - FOTOLAR

UNESCO Bakıdan yazdı: "Fars, osmanlı, ərəb və rus..."

UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu) instaqram hesabı Bakı şəhəri haqqında paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda İçəri Şəhərdən fotolar yer alıb və Bakının qədim tarixi ilə bağlı məlumatlar qeyd edilib.

“Zamansız Bakı. Əbədi Bakı. Bir neçə min illik köhnə Azərbaycanın paytaxtı Bakı. Zərdüşt, sasani, ərəb, fars, şirvan, osmanlı və rus varlığının izlərini özündə saxlayır. Müasir şəhər ilk dəfə 19-cu əsrdə neft buruğunun meyvəsi ilə eklektik mədəni irsə qovuşdu. Körfəzə və karvan yollarına yaxınlığı səbəbindən şəhər həmişə birdən çox cərəyana ev sahibliyi edib. Nəticədə, həm memarlıqda, həm də kosmopolit ruhunda harmonik müxtəliflik əks olunub.

YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü iclası Bakıda keçirilir. Bu il sessiyasının açılış mərasimi iyunun 30-da komitənin fəaliyyətə başlaması ilə bağlı keçirilib.

İyulun 10-dək Komitə üzvləri Dünya Mədəni İrs Siyahısına düşən 166 mühafizə obyektindən 35-ni bir daha nəzərdən keçirəcək”, - qeyd bölməsində yazılıb.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR