Maraq dünyası
İngilis qadın şamdanla evləndi
İngiltərənin Lids şəhərinin sakini Amanda Liberti maraqlı qərarla gündəmə gəlib.
Publika.az xəbər verir ki, britaniyalı xanım auksiyonda aldığı şamdanla evlənmək qərarına gəlib.
“Onun üçün 400 funt xərcləmişəm, bu, ilk baxışdan məhəbbət idi”, - deyə Amanda bildirib.
Şamdana Lümer adı verən qadın onun üçün nişan üzüyü də alıb: “Söz verirəm ki, onu hər gecə parıldadacam. Bilirəm, çoxlarına bu münasibət qəribə gələcək, amma mən dəli deyiləm”.
Amandanın Lümerdən başqa şamdanları da var. Daha əvvəl isə o, Nyu-Yorkdakı “Azadlıq heykəli” ilə “evlənmiş”, hətta soyadına da onu əlavə etmişdi. Amma uzaq məsafə sonradan onların “ayrılması” ilə nəticələnmişdi.
Qeyd edək ki, bu, ilk əşyalarla evlilik halı deyil. Daha əvvəl 1979-cu ildə İsveçdə Eklof-Berliner Mauer Berlin divarları ilə özünü evli elan etmişdi. Bundan başqa, amerikalı Eriki Labri Eyfel qülləsi ilə “nikaha girmişdi”.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...