• USD 1,7000 0,00% EUR 1,8816 -0,13%
    • GBP 2,0788 +0,89% RUB 0,0259 +0,39%

Osmanlıda təəccübləndirən qəribə qadağalar: Qadınlar sevgililəri ilə görüşməməsi üçün...

Osmanlıda təəccübləndirən qəribə qadağalar: Qadınlar sevgililəri ilə görüşməməsi üçün...

Osmanlı İmperatorluğu qurulmasından bəri 623 il boyunca fərqli dövrlərdən keçib və bu dövrlərdə öz imzasını qoyan 36 padşah tərəfindən idarə olunub. Osmanlı həm də qatı qanunlarla dünya tarixində yerini tutub.

1. Qadınlarla kişilərin birlikdə qayığa minmək qadağası

Bu qadağa 1580-11918-ci ilə qədər keçərli olub. Buna səbəb isə bəzi qadınların əvvəlcədən razılaşdıqları kişilərlə qayıqda görüşməsi olub. Qayıqçıların başçısına göndərilən fərmanda bu sözlər yazılıb: “Bundan əvvəl də tənbeh olunmuşdu: təzə arvadların kişi tayfası ilə qayığa girib gəzmələrinə mane olun və bu xüsusu bütüm qayıqçılara təkrar tənbeh edin”.

2. İstanbula subay kişilərin girmə qadağası

Osmanlı üçün İstanbul hər zaman qorunması əsas olan şəhər olub. Buna görə də 17 və 18-ci əsrdə bu şəhərdə icazəsiz yaşamaq qadağn olunub. Şəhərə Rumeli və Anadoludan gələn subay kişilər karvansarayda və hotellərdə əxlaqsızlıqla məşğul olduğu, şəhər çıxıb qan tökdüyü, hərbi çevrilişlərə şərait yaratdıqları üçün 1826-ci ildə onların İstanbula daxil olması qadağan olunub.

3. Fərqli padşahlar tərəfindən qəhvə və qəhvəxanalara qoyulan qadağalar

Qanuni Sultan Süleyman zamanında Hələb və Şamdan gələn qəhvə ilə tanış olan İstanbul xalqı qısa müddətdə bu içkini sosial həyatın bir parçasına çevirib. İlk qəhvəxanalar da 1554-cü ildə açılıb. Əvvəllər bu vəziyyət alimlər tərəfindən xoş qarşılanmayıb. Daha sonra bir zərəri olmadığı üçün icazə verilib. IV Murad taxta çıxanda içki və tütünün qadağan olunmasından sonra qəhvəxanalar da bağlanıb. Bağlamayan şəxslər isə edam olunub. II Mahmudun dövründə yeniçərilərin toplanma yeri olmaması üçün qəhvəxanalar bağlı saxlansa da, sonrakı illərdə qadağa ləğv olunub.

4. Qadınların qaymaq mağazalarına girmək qadağası

İstanbulun tarixi ilçəsi oln Eyüp 16-cı əsrdə qaymaqçıları ilə məşhur olub. İstanbulun müxtəlif yerlərindən buraya qaymaq almağa gələrmişlər. Türbə ziyarəti bəhanəsilə bu qaymaqçı mağazalarında gələn qadınların bəziləri əvvəldən razılaşdıqları kişilərlə burada görüşüblər. Bundan şikayətçi olan şəxslər məsələni saraya qədər aparıb çıxarıb 1573-cü ildə qadınların qaymaq satılan mağazalara girmək qadağası tətbiq olunub. Fərmandan bir parça: “Qaymaqçı mağazalarına gələn bəzi zənən xeylaqları qaymaq yemək bəhanəsilə naməhrəmlərlə cəm olub xilaf iş görürlər. Bundan sonra qadınlar qaymaq mağazalarına girməyəcək. Gələn qadınların mağazaya qəbul edilməməsini mağaza sahiblərinə tənbeh edin. Tənbehini dinləməyən və mağazasına qadın müştəri alan mağaza sahibi cəzalandırılsın”.

5. Qaraçıların ata minmək və madyan böyütmək qadağası

Osmanlıda yaşayan etnik tayfalardan olan qaraçılar yollarda fəsad işlər gördüyü üçün İstanbul qazisi tərəfindən qaraçı subaşına fərman göndərilib. Rumeli bölgəsində də tətbiq olunan qadağa 1595-ci ildə qaraçı xalqının böyük şəhərlərdə ata minməsi, atla gəzməsi və madayn saxlaması qadağan edilib. Fərman belədir: “Qaraçı tayfasının ata minməsi və madyan bəsləməsi qadağan edilib. Lazım gəldikdə onlar eşşək və arabaya minəcək. Müxalif hərəkət edənlər cəzalanacaq”.

6. Hamama gedən qeyri-müsəlmanlara navlun (hamam tərliyi) geyinmə qadağası

Osmanlı torpaqlarında yaşayan qeyri-müsəlmanların müsəlman vətəndaşlardan ayırd edilməsi üçün onlara navlun geyinmək qadağan olunub. Lakin müsəlmanların da keyfinə görə navlun geyinib-geyinməmə ehtimalına qarşı bu qadağaya başqa maddə əlavə olunub. Belə ki, qeyri-müsəlmanlar dəmri haqlalı peştemal geyiniblər.

7. Albanlara hamamda kisəçi olma qadağası

“Lalə dövrü”nün sonunu hazırlayan 1730-cu il Patron Xəlil Üsyanının lideri alban Xəlil Bəyazid hamamında kisəçi olub. Sonradan baç verə biləcək üsyanlara qarşı albanlara kisəçi olmaq qadağan edilib.

8. Kilsələrdə zəng çalmaq qadağası

Osmanlı hər nə qədər bir çox mədəniyyətə ev sahibliyi etsə də, burada müsəlmanlarla müsəlman olmayanlar arasında fərqlər qoyulub. Kilsələrdə zənglər götürülüb və onların çalınması qəti sürətdə qadağan edilib. Uzun illər davam edən bu qadağa 1856-ci ildə ləğv edilib.

9. Ramazan davulçularına davul çalma və qəhvəxanalarda oyun oynamaq qadağası

1821-ci ildə İstanbulda yayılan vəba epidemiyasının qarşısını almaq üçün Ramazan ayında gecələr davulçuların davul çalması, türkü oxuması və qəhvəxanalarda stolüstü oyun oynaması, məddahların hekayələr danışması qadağan olunub. Epidemiyanın yayılmasının qarşısını almaq üçün təkcə Ramazan ayında bu metoddan istifadə olunsa da 3 minə yaxın insanın ölümünün qarşısı alına bilmədi.

10. Gəzinti yerlərində qadınların olması qadağası

Bu qadağa 1752-ci ildə sevgililəri ilə görüşməməsi üçün tətbiq olunub. Arabasında qadınları gəzinti yerlərinə aparanlar isə cəzalandırılıb.

11. Evlərdə yemək çeşidinə qoyulan qadağa

Nişançı Xalid Əfəndinin təşəbbüsündən sonra II Mahmud tərəfindən 1821-ci ilə tətbiq olunan bu qadağa ilə israfın qarşısının alınması nəzərdə tutulub. Dövlət idarəçilərinin saraylarında təşkil edilən əyləncə gecələrində həddən artıq yemək qoyulması gözə batanda bu siyasət bütün evlər üçün keçərli olub.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR