Adnan Oktardan Nazarbayevə qarşı ŞOK DƏLƏDUZLUQ: 6 milyon avroluq.... - - FOTO
Bizi izləyin

Maraq dünyası

Adnan Oktardan Nazarbayevə qarşı ŞOK DƏLƏDUZLUQ: 6 milyon avroluq.... - - FOTO

Adnan Oktarın təşkilatı ilə bağlı istintaq araşdırmasında hər gün yeni bir detal ortaya çıxır. Adnan Oktarın cinayətkar təşkilatı haqqındakı ittihamnamədə onun və təşkilat üzvlərinn maliyyə fəaliyyətləri ilı bağlı çoxsaylı məlumatlar yer alıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tahsin Akkaş ve Gökalp Barlan adlı təşkilat üzvləri Şeyh Bin Tallalın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanına sızıb krallığın katibini özlərinə inandıraraq Türkiyəyə gətiriblər.

Təşkilat üzvləri həmçinin Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayevin qardaşına və həyat yoldaşına qarşı dələduzluq edib, ələ keçirdikləri pulla Adnan Oktara yaxta alıb.

Təşkilatın xaricdəki əlaqələri ilə bağlı məlumat verən təşkilat üzvü Ceyhun Gökdoğan istintaqa bildirib ki, Qazaxıstanda Seyhun Sanda adlı şəxs təşkilatın bir neçə üzvü ilə birgə Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayev ve həyat yoldaşı Maria Nazarbayevi də özlərinə inandıraraq, onlarla dostluq qurublar. Sonra Qazaxıstanda tikinti işi qurmaq bəhanəsiylə onlardan milyonlarla pul alıb, bu ölkədən qaçıblar.

Nazarbayevin ailəsindən aldıqları pulla Adnan Oktara 6 milyon avroluq yaxta alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm