Hitlerin yəhudi həkimi - ƏBƏDİ EHTİRAM
Bizi izləyin

Maraq dünyası

Hitlerin yəhudi həkimi - ƏBƏDİ EHTİRAM

Qəribə də olsa, tarix boyu düşməninə mərhəmət göstərən diktatorlara da rast gəlmişik.

Publika.az xəbər verir ki, milyonlarla insanın qətlində əli olan Adolf Hitlet də istisna deyil.

Eduard Blox adlı yəhudi haqda danışacağıq. Məhs Blox Hitlerin anasını xərçəngdən sağaltmışdı. Hitler isə əvəzində ona əbədi ehtiram və sevgi söz vermişdi.

“Kasıbların təbibi” adını qazanan gənc həkim Avstriyanın ən yaxşı tibb mütəxəssislərindən sayılırdı.

Adolf Hitler isə uşaq vaxtından rəssam olmaq istəyirdi. Oğluna həmişə barmaqarası baxan atası bu arzunu rədd edirdi. Adolfun anası Klara isə daim oğlunun tərəfini tuturdu. 1903-cü ildə Adolfun atası Alois dünyasını dəyişir. Klara Hitler uşaqları ilə tək qalır.

Blox bu ailə haqda xatirələrini dilə gətirərkən, Klaranın çox səliqəli və qənaətçil qadın olduğunu vurğulayırdı. Adolfun yeniyetmə dövrü haqda bir sıra qorxulu miflər gəzir. Lakin həkimin xatirələrində o, çox sakit və mədəni uşaq kimi qalıb.

“Klara ilə oğlu arasında ən güclü ailə bağları vardı. Onlar bir-birini çox sevir və anlayırdılar. Çünki anası daim gələcək diktatora mənəvi dəstək göstərirdi. Klara hətta Adolfun məktəbi atıb saatlarla rəsm çəkməsinə də mane olmurdu.”

Tezliklə Klara mədə xərçənginə tutulur. Blox onu pul almadan uğurla əməliyyat edir. Lakin dul qadın Hitler artıq gecikmişdi. Tezliklə xəstəliyi yayılmağa başladı. Mən ona ağrılarını kəsmək üçün morfi vurdum. Anası az da olsa sakitləşdiyinə görə Adolf az qalırdı ki, əlimi öpsün.

21 dekabr 1907-ci ildə Klaranın ögey qızı Angela hüzünlü xəbəri verir: “Anamız gecə öldü”.

Bütün karyeram boyu Adolf Hitler kimi acıdan qıvrılan ikinci insan görmədim. Klaranı sarı kilsəciyin həyətində basdırdılar. Adolf bütün gün nəm məzarın yanında tək oturub fikrə daldı. Bayram günləri yaxınlaşırdı. Hər kəsin qəlbində Milad təlaşı, yeni ümidlər doğarkən bu sısqa, cansız oğlanın ruhuna matəm hakim kəsilmişdi.

Bir neçə gün sonra frau Hitlerin yetim qalmış övladları kabinetimə gədilər. Qızlar ürəklərinin hayqırtısını, minnət duyğusunu kəlmələrə tökərkən, Adolf susqun yerə baxırdı. Sonra mənə yaxınlaşıb əlimi tutdu. “Ölənədək sizə minnətdar olacam” dedi.

İkinci Dünya Müharibəsi dövründə yəhudilərin kökünü biçən diktator sevimli həkimi Bloxun bütün var dövltini əlindən alsa da, onu Holokost müsibətindən qoruyub Amerikaya qaçmağına yardım edir. Blox ailəsi Amerikaya alışanadək uzun zaman keçir. Lakin Hitlerin həkiminə duyduğu dərin məhəbbətə baxmayaraq, yaşlı Eduard bir də həkim kimi çalışa bilmir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm