Maraq dünyası
Evsizlər gəmidə qalacaq - İcarə haqqı isə...
ABŞ-ın Kaliforniya ştatında evsizlərin kruiz gəmisində yerləşdirilməsi təklif edilir.
Publika.az xəbər verir ki, son iki ildə ABŞ-da evsiz insanların sayı kəskin şəkildə artıb və problem getdikcə ciddiləşir.
Oklend rəhbərləri (Kaliforniya ştatı) hesab edir ki, evsizlərin kruiz gəmisində yerləşdirilməsi problemin həllinə az da olsa kömək edəcək.
Məlumata görə, 430 min əhalisi olan şəhərdə 3,2 min insanın evi yoxdur.
Şəhər Şurasının nümayəndəsi Rebeka Kaplanın sözlərinə görə, 1 gəmiyə 1000 nəfər yerləşə bilər:
"Bu, problemin həlli üçün optimal variant hesab edilə bilər. Kruiz gəmiləri təbii fəlakətlərdən sonra insanları tez bir zamanda yerləşdirmək və Olimpiya Oyunları kimi tədbirlər üçün əlavə yaşayış yeri kimi istifadə olunur. Gəmini icarəyə götürmək olar. Kirayəçilər isə qazanclarından icarə haqqı ödəyə bilərlər".
Liman rəhbərliyi isə ideyanı real saymır, çünki dənizdəki obyektlərdə təhlükəsizlik məsələləri federal hakimiyyət orqanları tərəfindən tənzimlənir.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ