Amerikada 80 yaşlı Santa-Klaus tapıldı - FOTO
Bizi izləyin

Maraq dünyası

Amerikada 80 yaşlı Santa-Klaus tapıldı - FOTO

Təəssüf ki, Yeni ildə bütün uşaqların hədiyyə almaq şansı yoxdur. Amma uşaqların xoşbəxtliyi üçün səy göstərən insanlar da var.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Sanford şəhərində yaşayan 80 yaşlı Cim Annis belə ürəyiaçıq insanlardan biridir. O, 50 ildir ki, kimsəsiz uşaqlar üçün oyuncaqlar hazırlayır. Yaşadığı şəhərdə Santa-Klaus kimi tanınan Cim, hər il təxminən 300 oyuncaq bağışlayır. Materiallar Santaya yerli sakinlər tərəfindən gətirilir. Cim xeyriyyəçiliyə ildə 1000 dollar xərcləyir. Onun fikrincə, məsələ pulda deyil, əsas odur ki, uşaqlar sevgi və qayğını hiss etsin:

“Atam çox pul qazanmırdı. Ailədə beş uşaq idik və Santa Milad bayramında bizə heç bir hədiyyə gətirmirdi. Odur ki, uşaqların gülüşü və xoşbəxtliyi mənim üçün ən böyük qazancdır. Barmaqlarım mənə tabe olana qədər bunu edəcəyəm”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm