Azərbaycanda kompüter istehsalı artıb - Son rəqəmlər açıqlandı
Bizi izləyin

Maraq dünyası

Azərbaycanda kompüter istehsalı artıb - Son rəqəmlər açıqlandı

Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 239,3 milyon manatlıq məhsul istehsal olunub.

Publika.az-ın məlumatına görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 1,3 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 39,5 faiz, məişət soyuducularının istehsalı 20 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm