100 mindən çox insan ilin son saniyələrini birlikdə saydı
Bizi izləyin

Maraq dünyası

100 mindən çox insan ilin son saniyələrini birlikdə saydı

Tokionun mərkəzində yerləşən "Şibuya” stansiyasının yaxınlığındakı yol kəsişməsində toplanan kütlə ilin son saniyələrini birlikdə sayıb.

Həmin ərazidə toplanan insanların sayı 100 mindən çox olub.

Həmin gecə polis bu yol kəsişməsində avtomobillərin hərəkətini dayandırıb. Təhlükəsizlik məqsədilə küçələrdə spirtli içkilərin satışı və qəbulu da qadağan edilib.

Gecə yarısına yaxın yol kəsişməsi ilin son saniyələrini buradakı nəhəng monitorda əks olunan rəqəmlərə uyğun olaraq saymaq üçün toplaşan insanlarla dolub. 2019-ci ili yola salanlar burada foto və video çəkdirərək əyləniblər.

2020-ci il yol kəsişməsində toplaşanların güclü qışqırtıları və alqış sədaları ilə Yaponiya paytaxtına qədəm qoyub. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm