Azərbaycanlı ata və oğul 32 ildən sonra görüşdü - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Azərbaycanlı ata və oğul 32 ildən sonra görüşdü - FOTO/VİDEO

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Mujskoye/jenskoye” proqramı 57 yaşlı şəhər tipli Lökbatan qəsəbə sakini Faiq Abbasovu oğlu Fanis Səlimovla görüşdürüb.

Ötən günlərdə yayımlanan proqramda 30 il əvvəl anasından ayrı düşən Masallı şəhər sakini Bəxtiyar (Brüs Li) Kərimovun həyat tarixçəsindən bəhs edilərkən aparıcı Yuliya Baranovskaya Fanis Səlimovu xatırlayıb, hansı ki, daha əvvəl “Mujskoye/jenskoye”da azərbaycanlı atası ilə görüşüb – ata və oğul heç vaxt bir-birini görməyib.

Məlum olub ki, 32 yaşlı F.Səlimov 15 yaşından atasını axtarıb və ona bu axtarışda həyat yoldaşı və Azərbaycanda onun atasını tapan könüllülər böyük kömək göstəriblər.

F.Abbasovun sözlərinə görə, o, Fanisin anası ilə Naberejnı Çelnı şəhərində tikintidə işləyərkən tanış olub, lakin bir müddət sonra onlar ayrılıb: “Oğlumun məni tapmasına sevinirəm. Bu qədər ildən sonra məni kiminsə axtarmasına inanmırdım. Xəbər mənim üçün göydəndüşmə oldu. Cavan ikən çox səhv olur, bunu etmək istəmirdim, amma belə alındı. Bundan sonra nə qədər yaşayacağamsa, o qədər də oğlumu görmək və bir də heç vaxt ondan ayrılmamaq istəyirəm”.

“Mujskoye/jenskoye” verilişinin efirində, həmçinin Fanis Səlimovla kiçik qardaşının görüşü baş tutub. (qafqazinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm