Hamı bu uşaqdan danışır - Onu Putinlə nə bağlayır? - FOTO
Bizi izləyin

Maraq dünyası

Hamı bu uşaqdan danışır - Onu Putinlə nə bağlayır? - FOTO

Rusiya Prezidenti Vladimir Putin 11 yaşlı Kiril Finaşinin arzusunu reallaşdırıb.

Publika.az xəbər verir ki, Kremldə keçirilən "İstək yolkası"nda Kiril ən böyük arzusunun "Arktika" sualtı dondurucusunu əyani şəkildə görmək olduğunu bildirib.

Onun istəyi bu gün reallaşıb. Anası və qardaşı ilə birlikdə Sankt-Peterburqdakı "Baltik" zavoduna gedib.

Onları zavod direktoru Aleksey Kadilov qarşılayaraq müəssisə barəsində ətraflı məlumat verib.

Kiril və ailə üzvləri "Arktika" dondurucusunun modellərinə baxışdan sonra zavod haqqında film izləyib.

Dondurucunun bu ilin ilk yarısında istifadəyə verilməsi gözlənilir. O, dünyanın ən güclü atom dondurucusu olacaq.

Aytən N.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm