Messinin xanımının bu addımını 1 milyon izləyici bəyəndi - FOTO
Bizi izləyin

Maraq dünyası

Messinin xanımının bu addımını 1 milyon izləyici bəyəndi - FOTO

"Barselona” futbol klubunun argentinalı hücumçusu, İspaniya futbolu tarixinə bir klubda 500 qələbə matçı keçirən oyunçu kimi düşən Lionel Messinin xanımı Antonella Rokuzzo boksla məşğul olmağa başlayıb.

Futbolçunun həyat yoldaşı bununla bağlı fotoları özünün “İnstagram”dakı hesabında yerləşdirib.

Antonella Rokuzzonun statusu 1 milyondan çox izləyici tərəfindən bəyənilib.

Messi və Antonella artıq neçə ildir birlikdədir. Lakin cütlük yalnız 2017-ci ilin iyulunda evlənib. Onların üç övladı var. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm