"Xəstəlikdə və sağlıqda" deyib bunu etdilər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

"Xəstəlikdə və sağlıqda" deyib bunu etdilər - FOTOLAR

Dünyanın dörd bir tərəfindən Cənubi Koreyanın paytaxtı Seulun Qapyong əyalətinə toplaşan 6 min cütlüyün toplu nikah mərasimi keçirilib.

Publika.az xəbər verir ki, nikahı Mun təriqəti reallaşdırıb.



Sözügedən təriqət 1954-cü ildə Şimali Koreyadan Cənubi Koreyaya qaçan keşiş Sun Myunq Mun və həyat yoldaşı Haq Ja Xan Mun tərəfindən təsis edilib.



Mun İsa peyğəmbərin onu Məsih seçdiyini iddia edib. Onun kollektiv toy mərasimləri layihəsi 1960-cı ildən etibarən keçirilir. Sun Myunq Mun 2012-ci ildə dünyasını dəyişdikdən sonra həyat yoldaşı onun missiyasını davam etdirir.



Çinin Uhan şəhərində meydana çıxan koronavirus epidemiyasının yaratdığı qorxu və narahatlıq şəraitində həyata keçirilən mərasimdə ciddi təhlükəsizlik tədbirləri görülüb. Və cütlüklər maskalarda olub.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm