• USD 1,7000 0,00% EUR 1,8427 0,00%
    • GBP 2,1034 0,00% RUB 0,0220 0,00%

Koronavirusda DƏHŞƏTLİ RƏQƏM - Yer kürəsində bu qədər insan əziyyət çəkir

Koronavirusda DƏHŞƏTLİ RƏQƏM - Yer kürəsində bu qədər insan əziyyət çəkir

Çinin Hubey əyalətində ortaya çıxan yeni tip koronavirus (Kovid-19) Yer kürəsi miqyasında 71 min insana yoluxub.

Publika.az xəbər verir ki, bu barədə koronavirusun aşkarlandığı ölkələrin səhiyyə qurumlarının hesabatlarından toplanan nəticələrə istinadən bildirilib.

Sözügedən virus Çindən kənar 25 ölkəyə və Tayvan adasına yayılıb (Yaponiya 419, Sinqapur 75, Tailand 35, Cənubi Koreya 30, Vyetnam 16, Almaniya 16, ABŞ 15, Avstraliya 14, Fransa 12, Böyük Britaniya 9, Birləşmiş Ərəb Əmirlikləri 9, Kanada 8, Filippin, Hindistan, İtaliya 3, Rusiya, İspaniya 2, Belçika, Nepal, Şri-Lanka, İsveç, Kamboca, Finlandiya, Misir, Malayziya 1 nəfər).

Təkcə Çində 1771 nəfər bu epidemiyadan dünyasını dəyişib. Bundan başqa, Fransa, Yaponiya, Filippin və Tayvanda 1 nəfər vəfat edib.

Çinin quru ərazilərində 10 min 644-ü ağır olmaqla, 70 min 548 nəfər yeni tip koronavirusdan əziyyət çəkir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR