Məktəbdə 9 yaşlı uşağa qarşı İNANILMAZ HƏRƏKƏT: özünü öldürmək istədi - ŞOK VİDEO
Bizi izləyin

Maraq dünyası

Məktəbdə 9 yaşlı uşağa qarşı İNANILMAZ HƏRƏKƏT: özünü öldürmək istədi - ŞOK VİDEO

Avstraliyada bir ana 9 yaşlı oğlunun ürək dağlayan videosunu sosial hesabında paylaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, video boyu ana övladının məktəbdə mənəvi zorakılığa məruz qalmasından, evə gəlib özünü öldürmək üçün anasından bıçaq istəməsindən söz açır.

Ana psixoloji sarsıntının son həddində olan karlik sindromlu oğlu Kvadenin məktəbdə qarşılaşdığı bullunq haqda danışarkən göz yaşlarını və hiddətini saxlaya bilmir: "Övladlarınızı öyrədə bilmirsiniz ki, başqasının qüsuruna gülmək yox,dəstək olmaq lazımdır. Sizin ucbatınızdan hər gün yüzlərlə uşaq intihara cəhd edir".

Qısa müddət ərzində videoya 7 milyon insan baxıb. Dünyanın hər yerindən, məşhurlardan da Kvadenə dəstək və sevgi dolu videoçağırışlar gəlib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm