Suriyadan qaçan ailə qəbiristanlıqda yaşayır - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Suriyadan qaçan ailə qəbiristanlıqda yaşayır - FOTOLAR

Bəşər Əsəd rejiminin hücumlarından qaçan ailə qəbiristanlığa sığınıb.

Publika.az xəbər verir ki, Suriyanın Cəbəl Əl Zaviyə bölgəsindəki evlərini tərk edən 5 nəfərlik ailə Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşən Kafr Yahmul kəndindəki qəbiristanlıqda yaşayır. Əbu Yusif bildirib ki, 3 uşağı 1 aydır ki, məzar daşları arasında oynayır:

"Evimizin yaxınlığına düşən bomba möcüzə nəticəsində partlamadı. Ancaq mütəmadi top və hava bombardmanından qaçmalı olduq. Çadır tapa bilmədik, bir müddət zeytun bağlarında qaldıq. Şeyx Əhmədin qəbri köçürüləndən sonra məzarın üzərini bağladım və bura yerləşdik. Uşaqlarım üçün hər şeyə hazıram. Ev kirayə götürmək və ya çadır üçün pulum yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm