Maraq dünyası
Liftlərə niyə güzgü yerləşdirilir? - Bilmədiyiniz 12 maraqlı fakt
Publika.az əvvəllər eşitmədiyiniz və ya öyrənəndə təəccüblənəcəyiniz bir-birindən maraqlı məlumatları sizlərlə bölüşür.
1.) Bütün yeni doğulmuş körpələr irqindən asılı olmayaraq, 440 hz (hertz) səs gücündə ağlayır.
2.) Dünyada 4300 fərqli din mövcuddur.
3.) Ən parlaq obyekt olan Ayın işığının bizə çatması 1,3 saniyə çəkir.
4.) Fillərin rəngi əslində boz deyil. Tam olaraq qırmızı, torpaq rəngidir. Boz görünmələrinin səbəbi vaxt keçirməyi sevdikləri palçıqlı sulardan çıxdıqdan sonra həmin suyun üzərlərində qurumasıdır.
5.) Kapitan piratların taxdıqları tək göz bantının məqsədi qaranlığa alışma müddətini yox etməkdir.
6.) Santa klausun paltarı əslində yaşıldır. Ancaq bir “Kola” markası bunu dünyaya qırmızı və ağ rəngdə təqdim edib.
7.) Göytürklər qatığın turşuluğunu azaltmaq üçün üzərinə su tökəndə təsadüfən ayranı kəşf edib.
8.) İnsan saçı üç kilo ağırlıq qaldıra biləcək elastiklik gücdədir.
9.) Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra 2 dəqiqə ərzində səslər qəbul edilə bilir.
10.) İnsan yuxuda olarkən, qoxu alma qabiliyyətindən müvəqqəti məhrum olur. Ən bərbad qoxunu belə burnunuza yaxınlaşdırsalar, bu, sizin yuxunuza mane olmayacaq.
11.) Bobi Leç Niaqara şəlaləsindən bir silindr içində tullanan ilk insan olub və sağ qalıb. Amma sonradan bir portağal qabığını tapdalayaraq yıxılıb və daxili qanaxmadan dünyasını dəyişib.
12.) Liftlərə yerləşdirilən güzgülər qalstukunuzu və ya saçınızı düzləltmək üçün nəzərdə tutulmayıb. Qapı açılanda liftin yerində olduğunu bilməyiniz üçündür.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO