Milyarder koronavirusdan qorunmaq üçün bunkerlərə sığındı
Bizi izləyin

Maraq dünyası

Milyarder koronavirusdan qorunmaq üçün bunkerlərə sığındı

Yeni Zelandiyadakı bunkerində koronavirusdan xilas olmaq qərarına gələn milyarder mürəkkəb təhlükəsizlik sistemi səbəbindən onu aça bilməyib.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Çətin vəziyyətə düşən milyarder podratçı - Texas bunker şirkətinə zəng etməli olub.

“O, qapının kodunu yoxlamaq istəyib və isti su təchizatı ilə bağlı suallar verib, sığınacağa əlavə su və ya hava filtrləri götürməyin lazım olub-olmadığını soruşub. Bir çox varlı insan Yeni Zelandiyadakı apokalipsisdən gizlənmək istəyir”, - deyə şirkət direktoru Qari Linç bildirib.

Xatırladaq ki, keçmiş baş nazir Con Key tanışları arasında Yeni Zelandiyada bunker almaq istəyən zənginlərin olduğunu açıqlamışdı.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm