Dünyada artan vulkan təhlükəsi açıqlandı
Bizi izləyin

Maraq dünyası

Dünyada artan vulkan təhlükəsi açıqlandı

ABŞ-ın Mayami Universitetinin alimləri iqlim dəyişikliyi nəticəsində uzun müddət davam edən yağışların vulkan püskürməsinə səbəb ola biləcəyini müəyyənləşdirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər Havaydakı Kilauea vulkanının fəaliyyətinin səbəblərini öyrəndikdən sonra bu nəticəyə gəlib. Həddindən artıq yağan yağışdan yaranan yeni təhlükəni aşkar edən araşdırmanın nəticələri “Nature” jurnalında dərc edilib. Mütəxəssislər yerüstü və peyk yağıntıları ilə bağlı müşahidələrin nəticələrini təhlil edib, eyni zamanda Kilaueanın 1-3 kilometr dərinliyindəki təzyiqi qiymətləndirib.

Məlum olub ki, artan təzyiq ən dağıdıcı püskürmədən yarım əsr əvvəl zirvəyə çatıb. Şiddətli yağış püskürmədən bir müddət əvvəl meydana gəlib, çatlar və məsaməli süxurlarda mayenin səviyyəsinin artması süxurların məhv olmasına, maqmanın hərəkətinə səbəb olub. Bu da o deməkdir ki, rütubətli və yağışlı illərdə Kilaueanın fəaliyyəti güclənib.

Bu, yağışın vulkanik fəaliyyətin əsas mexanizmlərinə təsirinin ilk sübutudur. Bundan əvvəl, yağıntının buxar tullantılarına və kiçik zəlzələlərə səbəb ola biləcəyi bilinirdi. Tədqiqatçılar dərin süxurlarda təzyiqin artması səbəbindən dünyanın digər yerlərində püskürmə baş verə biləcəyi proqnozunu verib.

Xatırladaq ki, 3 may 2018-ci ildə Böyük Adada Kilaueanın görünməmiş püskürməsi meydana gəlmişdi, nəticədə əhalinin sıx məskunlaşdığı şərq sahilində bir neçə yüz ev dağılmışdı.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm