Maraq dünyası
3 min il yaşı olan mumiyanın tabutundan tapılanlar görənləri HEYRƏTLƏNDİRDİ - - VİDEO
Video əlavə olunub.
xxx
Şotlandiyalı alimlər 3 min il yaşı olan Qədim Misir mumiyasının tabutunda nadir rəsmlər aşkar ediblər.
"Takerheb" adlanan mumiyanın tanrı Amonun şəhəri olan Thebes nekropolundan 100 il əvvəl İngiltərəyə gətirildiyi bildirilir. Onun Thebe şahzadələrindən birinə aid olduğu ehtimal olunur.
Arxeoloqlar tabutun içərisində Qədim Misir tanrılarının rəsmlərini tapıblar. Bu rəsmlər arasında ən nadir olanı isə "Amentet" ("Şərq qadını") adlanan tanrıçanın təsviridir. Şotland alim Mark Hall bildirib ki, indiyədək tabutda - mumiyanın altında bu cür maraqlı rəsmlərin olduğu heç kimin ağlına gəlməyib. Onun sözlərinə görə, bu tapıntı Qədim Misirin e.ə. VIII-VII əsrdə tarixinin tədqiqinə də töhfə olacaq.
Tabutun içində "Amentet"in qırmızı libasda təsviri göstərir ki, qədim misirlilər ona səcdə edirmişlər. Misirdən Britaniyaya aparılan mumiya 1936-cı ildə Alloa Təbiətşünaslıq və Arxeologiya Cəmiyyəti tərəfindən Şotlandiyadakı Perts Muzeyinə hədiyyə edilib. 2013-cü ildə onu Mançester Kral Xəstəxanasına aparıblar və orada "X-Ray" vasitəsilə tədqiq ediblər. Radioqrafiya nəticəsində məlum olub ki, mumiyanın bir çox hissələri ciddi deformasiyaya uğrayıb. (azərtac)
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?