Pandemiyadan sonra insanların həyatında nələr dəyişəcək? - SORĞU
Bizi izləyin

Maraq dünyası

Pandemiyadan sonra insanların həyatında nələr dəyişəcək? - SORĞU

Koronavirusa qarşı peyvənd hazırladıqdan sonra fərqli ölkələrin vətəndaşlarının necə davranacağını bilmək üçün sorğu keçirilib. 27 aprel - 1 may tarixlərində Kekst CNC Beynəlxalq Strateji Rabitə Mərkəzi tərəfindən aparılan araşdırmanın nəticələri “Axios” portalı tərəfindən təqdim olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, COVID-19 xəstəliyinə səbəb olan infeksiyaya yoluxmaq qorxsunun davam edəcəyi məlum olub.

Məlum olub ki, amerikalı, ingilis, alman, isveçli və yaponların demək olar ki, beşdə biri, infeksiyaya tutmaq təhlükəsi azalsa belə təyyarələrdə uçmaq, restoranlara və kinoteatrlara getməkdən imtina edəcək.

Sorğu iştirakçıları pandemiyadan sonra həyatın necə dəyişəcəyi ilə bağlı verilən sualları cavablandırıb. Almaniya vətəndaşlarının 34%, ABŞ-da 32%, İsveç və Yaponiyada 30% və İngiltərədə 27%-i təyyarə ilə səyahət etməkdən imtina etdiyini deyib.

Bu ölkələrin sakinləri ictimai nəqliyyatdan istifadəni dayandırmaq niyyətindədilər. Bundan əlavə, orta hesabla respondentlərin təqribən 26% -i pandemiyadan sonra kafe və restoranlarda daha az yemək yeyəcəklərini, evdə yemək bişirməyə üstünlük verdiklərini bildirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm