• USD 1,7000 0,00% EUR 1,9066 +0,12%
    • GBP 2,1321 -0,34% RUB 0,0248 0,00%

Aldadılan qadın sevgilisinə 1 ton soğan göndərdi - Dünya onlardan danışır - FOTO

Aldadılan qadın sevgilisinə 1 ton soğan göndərdi - Dünya onlardan danışır - FOTO

Çində yaşayan Zao adlı qadın hərəkəti ilə dünya gündəminə düşüb.

Publika.az xəbər verir ki, sevgilisi tərəfindən 1 il əvvəl tərk edilən qadın yaxın zamanda aldadıldığını da öyrənib.

O, keçmiş sevgilisini cəzalandırmaq üçün ünvanına 1 ton soğan göndərib. Soğanların üzərinə “günlərlə ağladım, indi də sıra səndədir” qeydini yazıb.

Qadın daha sonra yerli mediaya belə bir açıqlama verib: “Dostlarım dedi ki, ayrıldıqdan sonra heç üzülməyib. Mən isə evdə 3 gün ağladım. Qəlbimi qırmışdı. Buna görə evinə göndərmək üçün 1 ton soğan sifariş etdim. Pulum var. Göz yaşının dadını bilsin, istədim”.

Yük maşını ilə göndərilən soğanın fotolarını sosial mediada paylaşan keçmiş sevgili isə belə dramatik davranışlarına görə Zaodan ayrıldığını deyib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR