• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Bill Qeyts nəhayət ki, cavab verdi - Çipləşdirmə əməliyyatının başında kim dayanır? - VİDEO

Bill Qeyts nəhayət ki, cavab verdi - Çipləşdirmə əməliyyatının başında kim dayanır?

Video əlavə olunub.

xxx

Bir çoxları iddia edir ki, Bill Qeyts insanları COVID-19 əleyhinə peyvəndləşdirmək adı altında çipləşdirmək niyyətindədir. Dünya şöhrətli milyarder nəhayət ki, sui-qəsd nəzəriyyəsi barədə haqqında yayılan şayiələrə aydınlıq gətirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Microsoft”un qurucusu aylarla internetdə yayılan şayiələrə münasibət bildirib.

“Heç vaxt mikroçiplərlə məşğul olmamışam. Bu qədər axmaq və ya qəribə olduğu üçün bunu inkar etmək yersizdir”, - deyə Qeyts “Business Insider”ə açıqlamasında bildirib.

Bill həmçinin bu cür açıqlamaların insanları bir-birinə qarşı qoyması ilə nəticələndiyini söyləyib:

“Peyvənd hazır olduqda kütləvi immunitetin yaranmasına nail olmalıyıq ki, əhalinin təxminən 80%-i peyvənd olunsun. Ancaq peyvəndlərin vurulmasının hiyləgərlik və ya zərərli olduğunu düşünsələr, xəstəlik insanları öldürməyə davam edəcək. Odur ki, bütün bu çılğın fikirlərin mövcudluğundan bir az narahatam”.

Yeri gəlmişkən, “Yahoo News”un sorğusuna görə, amerikalıların 28%-i sui-qəsd nəzəriyyəsinə inanır. Bu, nəhəng bir ölkənin əhalisinin üçdə bir hissəsini təşkil edir.

Qeyd edək ki, dünən “Bill & Melinda Gates Foundation” vəqfi yoxsul ölkələrə həyati vacib vaksinlər təqdim etmək üçün növbəti beş il ərzində Peyvəndlənmə və İmmunlaşdırma üzrə Qlobal Alyansa 1,6 milyard dollar göndərəcəyini açıqlayıb, onun 100 milyon dolları koronavirus peyvəndinə xərclənəcək”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR