Azərbaycanda QEYRİ-ADİ TOY: bəy gəlini çay kənarına qaçırdı və... - FOTO
Bizi izləyin

Maraq dünyası

Azərbaycanda QEYRİ-ADİ TOY: bəy gəlini çay kənarına qaçırdı və... - FOTO

Naxçıvanda qeyri-adi toy mərasimi baş tutub.

Publika.az xəbər verir ki, Cavid və Çinarə adlı cütlük Şərur rayonunun Dizə kəndində, Arpaçayın kənarında evləniblər.

Bir neçə müddətdir ki, nişanlı olan cütlüyün mərasimində yalnız ailə üzvləri iştirak edib. Cütlüyün yaxınlarının sosial şəbəkələrdəki paylaşımına görə, Cavid nişanlısını qaçırıb. Nikah mərasimi daha sonra baş tutub.

Sara Ezimova adlı şəxsin şəkli.

Bəy və gəlinin geyimini, toy mərasiminin sadəliyini hər kəs təqdirlə qarşılayıb.

Qeyd edək ki, Azərbaycanda sərt karantin rejimi çərçivəsində toy və yas mərasimlərinin kütləvi şəkildə keçirilməsi qadağandır. Bununla belə, gənclər dəbdəbəli toy əvəzinə sadə nikahla ailə qurmağa üstünlük verirlər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm