Maraq dünyası
Məktəb müəllimlərinə SƏRT QADAĞA: bundan sonra şagirdləri...
Çin məktəb müəllimlərinin məktəbliləri cəzalandırmasına qadağa qoyur.
Publika.az xəbər verir ki, ölkədə məktəblilərə fiziki və ya mənəvi zərər verə biləcək cəza tətbiq edilməsi qadağandır.
Yeni qaydalar məktəblərdə alçaldıcı cəzaya icazə vermir və fiziki cəzaya dair mövcud qadağanı da sərtləşdirir. Yasaq edilmiş tətbiqlərə çubuqla döymə, şifahi təhqir də daxildir. Şagirdlər artıq üzr məktubunu yazmağı və ya ev tapşırıqlarını hazırlamağı unutma kimi kiçik pozuntulara görə sinif tapşırığı yerinə yetirəcək. Daha ciddi pozuntulara yol verənlər müvəqqəti məktəbdən uzaqlaşdırılacaq və ya onlara psixoloji yardım göstəriləcək.
Çində fiziki cəza 1986-cı ildə qanunla qadağan edilib. Lakin valideynlər müasir dövrdə tez-tez bu praktikaya göz yumub.
Çin mediası mütəmadi olaraq müəllimlərin uşaqları döyməsi və ya məktəbdə ictimai rüsvayçılıq nəticəsində intihar edən uşaqlar barədə xəbərlər dərc edir.
“Sinxua” dövlət informasiya agentliyi ötən ilin sentyabr ayında ölkənin cənub-qərbindəki Siçuan əyalətindən olan 10 yaşlı bir qızın səhv həll edilmiş tapşırığa görə riyaziyyat müəllimi tərəfindən başından vurulduqdan sonra öldüyünü yazmışdı.
“China Daily” isə şərqdəki Yianqsu əyalətindəki beşinci sinif şagirdinin yazısının müəllimin "müsbət duyğuların" olmamasına görə tənqid etməsindən sonra keçən ilin iyun ayında intihar etdiyini xəbər vermişdi. Müəllim sinif qarşısında onu vurub alçaltmışdı.
Zümrüd
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi