Londonda eni 160 sm olan ev satışa çıxarıldı - FOTO
Bizi izləyin

Maraq dünyası

Londonda eni 160 sm olan ev satışa çıxarıldı - FOTO

Londondakı 160 santimetr eni olan evi 950 min funt sterlinqə almaq olar.

Publika.az "BBC" telekanalına istinadla xəbər verir ki, yığcam ölçülərinə baxmayaraq, evin ümumi sahəsi 96 kvadratmetr olmaqla kifayət qədər böyükdür. Evdə bir və ya iki nəfərin rahat yaşaması üçün zəruri şərait yaradılıb.

Belə ki, evin üst mərtəbəsində 2 yataq otağı, zirzəmisində isə bir mətbəx və yemək otağı, iş və iki yataq otağı var.

Eyni zamanda, kiçik bir bağçası olan ev qeyri-adi ölçüləri ilə məşhur olsa da, tarixi dəyər daşıyır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm