Tarixi dəyişdirəcək KƏŞF
Bizi izləyin

Maraq dünyası

Tarixi dəyişdirəcək KƏŞF

Kanada, Niderland və Almaniyadan olan bir qrup elm adamı vikinqlərin Amerikaya Kristofer Kolumbun kəşfindən yüz illər əvvəl gəldiyini ortaya çıxarıb.

Publika.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan elmi araşdırma vikinqlərin 1021-ci ildə Şimali Amerikada məskunlaşdığını ortaya çıxarıb. Kanada, Niderland və Almaniyadan olan bir qrup elm adamının araşdırmalarına görə, vikinqlər Kristofer Kolumbun Amerikanı kəşf etməsindən yüz illər əvvəl Kanadanın Nyufaundlend əyalətinə gəliblər.

Nyufaundlenddəki L'Anse aux Meadows" bölgəsində vikinqlər tərəfindən kəsilmiş üç fərqli ağac parçasını təhlil edən elm adamları onların qitəyə gəldikləri tarixi təyin edə biliblər.

Kanada Parklar Departamentinə görə, parçaların tapıldığı "L'Anse aux Meadows" sahəsindəki əsərlər Avropanın Şimali Amerika qitəsində varlığının ilk və yeganə sübutudur.

Uzun müddətdir məlum olan və UNESCO tərəfindən də təsdiqlənmiş əraziyə vikinqlərin nə vaxt gəldiyi bu günə qədər məlum deyildi. Tədqiqatçılar, vikinqlərin gəlişini təyin etmək üçün ağacın radiokarbon tarixindən istifadə ediblər.

Nyufaundlendə vikinqlərin eramızdan əvvəl 1021-ci ildə gəldiklərini açıqlayan elm adamları bütün taxta parçalarını xarakterik olaraq təmiz, aşağı bucaqlı kəsikləri ilə aydın şəkildə görünən metal alətlərlə doğradıqlarını söyləyiblər. Tədqiqatçılar, vikinqlərin ağacları kəsmək üçün istifadə etdikləri alətlərin o vaxt bölgədəki yerli icmalarda olmadığını vurğulayıblar.

UNESCO qeydlərinə görə, "L'Anse aux Meadows"dakı quruluşlar Vikinqlər tərəfindən Qrenlandiya və İslandiyada tapılanlarla eyni üslubda inşa edilib. Sahədə tapılan digər əsərlər də vikinqlərin dəmir və ağac emalı məhsulları istehsal etdiyini göstərir.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm