150 min il yaşı olan zinət əşyaları tapıldı
Bizi izləyin

Maraq dünyası

150 min il yaşı olan zinət əşyaları tapıldı

Mərakeşdə tapılan yaşı 150 min olan dünyanın ən qədim zinət əşyaları sərgiyə çıxarılıb.

Publika.az xəbər verir ki, zinət əşyaları sentyabrda ABŞ və Mərakeş alimləri tərəfindən ölkənin Suveyra şəhəri yaxınlığındakı Bizmun mağarasında aşkar edilib.

Qurudulmuş və formalaşdırılmış və 150 min il əvvələ aid edilən 32 ədəd dəniz qabığından ibarət kolleksiya Mərakeş Nazirliyi tərəfindən təqdim edilib.

Rabat Milli Arxeologiya və İrs İnstitutunun Mərakeş Tarixi Alternativ Mənbələri Laboratoriyasının direktoru Abdulcelil Buzukar sərgi çərçivəsində keçirilən mətbuat konfransında tapıntı haqqında məlumat verib.

Bildirib ki, insanların 150 min il əvvəl dəniz kənarından topladıqları dəniz qabıqlarını deşərək dəmir oksidi ilə zəngin qırmızı maddə ilə rənglədiklərini bildirib. Qeyd edib ki, bu dəniz qabığı və ilbizlər təkcə zinət əşyası olaraq deyil, insanlar arası ünsiyyətdə də istifadə edilib.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm