Bu kişilər daha uzunömürlü olurlar - VİDEO
Bizi izləyin

Maraq dünyası

Bu kişilər daha uzunömürlü olurlar - VİDEO

Video əlavə olundu:

“BMJ Open” jurnalında yayımlanan araşdırmalara görə, bütün qitələrin 199 ölkəsində kişi və qadınların ömür uzunluğuna dair 1751-2020-ci illərdə toplanmış məlumatlar təhlil edilib.

Publika.az xəbər verir ki, araşdırmalara görə, evli və universitet məzunu olan kişilərin daha uzun ömür sürmək ehtimalı varmış.

Danimarka alimlərinin fikrincə, kişilərin ömür uzunluğu qadınlara nisbətən az olsa da, onların qadınlardan daha çox yaşamaq imkanları var.

Məlum olub ki, ötən əsrin 70-ci illərinə qədər inkişaf etmiş ölkələrdə kişilər qadınlara nisbətən az yaşayıb. Amma sonrakı illərdə isə yaş artması tədricən artıb.

Siqaret və spirt istifadəsi kimi digər davranış fərqləri orta ömür müddətindəki dəyişikliklərin artması və azalmasına təsir edir.

Kişilərin qadınlardan daha çox yaşama ehtimalının 25-50 faiz arasında olduğu müəyyənləşib.

Mütəxəssislər onu da qeyd ediblər ki, evli və ya ali təhsilli kişilər subay və ya orta məktəb diplomu olmayan qadınlara nisbətən daha çox yaşayırlar:

Alimlərin fikrincə, araşdırmanın nəticələri "qadınlar kişilərdən daha çox yaşayır" fikrinə meydan oxuyur.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm