Kimsəsiz uşaqlar üçün "üzən məktəb" tikildi
Bizi izləyin

Maraq dünyası

Kimsəsiz uşaqlar üçün "üzən məktəb" tikildi

Kambocada kimsəsiz uşaqlar üçün qeyri-adi məktəb inşa olunub.

Publika.az xəbər verir ki, "Kompong Luong" adlı məktəb Tenlosap gölü həndəvərindəki kimsəsiz və imkansız uşaqlar üçün tikilib.

Turistlərin və yerli imkanlı şəxslərin maddi yardımı ilə tikilən "üzən məktəb"də uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb.

Məlumata görə, onlar burada təkcə təhsil almayacaqlar, həm də yaşayacaqlar.

Məktəbin elektrik enerjisinə olan təlabatı isə oraya quraşdırılan günəş panelləri vasitəsi ilə ödəniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm