Orta əsrlərdə körpəsini atanlar necə vicdanı rahat və alnı açıq gəzirdilər?
Bizi izləyin

Maraq dünyası

Orta əsrlərdə körpəsini atanlar necə vicdanı rahat və alnı açıq gəzirdilər?

Uzun illərdir ki, xüsusən də inkişaf etmiş dövlətlərdə insanlar nikahdan kənar övlad dünayaya gətirirlər. Lakin hələ də bu duruma əxlaqsızlıq kimi yanaşan bir çox millətlər və xalqlar var. Xüsusən də Şərq ölkələri bu məsələdə kifayət qədər həssas və mühafizəkardır. Lakin orta əsrlərdə nikahdankənar hamiləlik ən çox inkişaf etmiş qərb dövlətlərində də yolverilməz utanc sayılırmış.

Publika.az xəbər verir ki, bu böyük günahı övladlarının üzərindən təmizləmək üçün valideynlər bir sıra yollar düşünürdülər.

Hətta qadın yanlız ana obrazına bürünsə belə, ata və anasından tam dəstək görsə belə ərə getmək şansı sıfıra enirmiş. Odur ki, Allahın evi sayılan kilsələr həm qadınları bu böyük "günah"dan qurtarmaq, həm də doğulacaq körpənin tələf etməmək məqsədilə ağıllı qərar verir. Kilsələrin dəhlizinin divarında kiçik oyuq açırdırdılar, arzuolunmaz körpələr də bu borunun girəcəyinə əmanət edilərdi. Kilsə həmin uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağı öz öhdəsinə götürürdü.

Kilsənin himayəsində böyüyən gənclər xəttat, rahib və digər peşələrə yiyələnib ömürlərini dinə həsr edirdilər. Bir müddət sonra kilsələrdə aristokrat təbəqənin maliyyələşdirdiyi varlılar üçün uşaq evləri də yaradılmağa başlandı. Beləcə körpəsini atanlar vicdanı rahat, alnı açıq gəzmək imkanı qazandı.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm